İstismar xidməti üzrə texnik

Bakı

Bravo Supermarket
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Həftəlik iş planına əsasən texniki komanda ilə birlikdə mağazalara səfər edib mövcud problemləri aradan qaldırmaq.
  • Mağazalarda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi mağaza ərazisini yoxlamaq.
  • Supervayzerin verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
  • aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
  • sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
  • şöbələrdə və mağazanın digər bölmələrində su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
  • həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
  • qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
  • döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
  • divar təmiri, kafellərin dəyişdirilməsi və boya işlərinin görülməsi
  • loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
  • siyirməli və qapılı dolabların təmiri
  • qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
  • dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
  • müxtəlif boya işləri – qapılar, məhəccərlər, yol işarələri və.s.
  • Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
  • Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.

Xüsusi tələblər

  • Rəngsaz işi üzrə bacarıqlar;
  • Kafel-metlax işi üzrə bacarıqlar;
  • Alçipan işi üzrə bacarıqlar.

Telegram kanalımız