Müqavilələr üzrə mütəxəssis (Sumqayıt/ Gilan Tekstil Park)

Sumqayıt

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Daxil olunan sifarişlər üzrə bütün növ müqavilələrin hazırlanmasınını təmin etmək;
  • Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanmasını təmin etmək;
  • Müqavilə şablonlarının hazırlanmasını təmin etmək;
  • Müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair müxtəlif sazişləri tərtib etmək;
  • Müqavilələrin xitamı ilə bağlı müvafiq prosedurların icrası və sazişlərin layihələrinin hazırlanması;
  • Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaların və ya reklamasiya aktlarının hazırlanması;
  • Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy verilməsi;
  • Müqavilələrin və Müqavilələrə aid olan bütün növ sənədlərin (Əlavələr, Razılaşma protokollar, Təhvil-Təslim Aktları və s.) elektron vəziyyətdə arxivləşməsi və əslilərinin xronoloji vəziyyətdə kağiz formatda saxlanması, mühafizəsi, müqavilələrin reyestrinin aparılması;

Xüsusi tələblər

  • Ali təhsil (Hüquq üzrə);
  • Qeyd edilən vəzifədə ən azı 1 il iş təcrübəsi;
  • Mülki (həmçinin prosessual), inzibati, cinayət, icra haqqında, daşınmaz əmlak, o cümlədən topraq haqqında qanunverciliyi bilmək;
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
  • Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
  • MS Office (Word, Excel);
  • İngilis və rus dili arzu olunandır;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Telegram kanalımız