Müştərilərdən daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq;
Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək;
Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək;
Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək;
Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək;
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq;
Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi;
İş saatları: Çağrı mərkəzinin fəaliyyət saatlarına uyğun olaraq 5 günlük iş qrafiki ilə növbəli iş rejimi;
İş yeri: Çinar Plaza, H.Əliyev pr.152.
Xüsusi tələblər
Təhsil: Minimum orta ixtisas və ya ali təhsil (elektronika və ya satış sahəsində üstünlük verilir);
Təcrübə: Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
Dil bacarıqları: Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır;
Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı;Yüksək ünsiyyət bacarıqları;
Problem həll etmə qabiliyyəti;
Müştəri məmnuniyyətini təmin etmə bacarığı;
Müvafiq texniki biliklər və məhsullar barədə məlumat;
Satış və xidmət göstərmə bacarıqları;
Komanda ilə işləmək və müstəqil işləmə qabiliyyəti.