Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
Metal konstruksiya , dəmir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Xüsusi tələblər
İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 3 il iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,
MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, Sap, 3DsMAX və s.