- Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə);
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
- Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə).
Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı;
- Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə;
- Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat
- Korrupsiyaya qarşı mübarizə haqqında qanun;
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar.
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Diplomun surəti;
- CV.
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] ünvanına göndərilməlidir;
- Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – kadrlar üzrə mütəxəssis) qeyd olunmalıdır;
- CV-lər 19.01.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.