Bütün xətti rəhbərlər və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək uğurlu nəticələrin əldə edilməsi məqsədilə münasibətlərin qurulması və işə qəbul proseslərinin səmərəli şəkildə həyata keçirilməsi;
CV-lərin və işə qəbul müraciətlərinin detallı şəkildə nəzərdən keçirilməsi, namizədlərin keyfiyyətinə uyğun ilkin seçimlərin aparılması;
Vakansiyalar üzrə elanların ADY-nin karyera səhifəsində, sosial mediada və digər daxili/xarici iş elanları platformalarında vakansiyaların yerləşdirilməsi;
Namizədlərin işçi tələb formasına uyğun müəyyən edilmiş seçim kriteriyalarına görə təhlil edilməsi və müvafiq olaraq qısa siyahısının hazırlanması;
Seçilmiş namizədlərin siyahısının müvafiq xətt rəhbərlərinə təqdim edilməsi və onların rəyini nəzərə alaraq qərarların qəbul olunması;
İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi, onların suallarına uyğun olaraq dəstək verilməsi;
Namizədlərin işə qəbul prosesinin bütün mərhələlərini izləyərək vaxtında və düzgün şəkildə məlumatlandırma təminatı verilməsi;
İşə qəbul proseslərinin nəticələrinə dair hesabatların hazırlanması və davamlı olaraq namizəd hovuzunun idarə edilməsi;
Bazarda mövcud olan ən yaxşı işə qəbul təcrübələrini araşdıraraq şirkət üçün faydalı olan yeni strategiyaların təklif edilməsi;
Müxtəlif mənbələrdən (sosial şəbəkələr, iş elanları platformaları, universitetlər və s.) istifadə edərək ən uyğun namizədləri cəlb etmək üçün strategiyaların inkişaf etdirilməsi;
Mövcud işə qəbul proseslərinin analizi və təkmilləşdirilməsi, daha səmərəli və müasir yanaşmaların tətbiq etdirilməsi;
Strateji hədəflərə uyğun olaraq işə qəbul fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Xüsusi tələblər
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
Kompüter bilikləri: MS Office (sərbəst);
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
Şəxsi keyfiyyətlər: Əla ünsiyyət və təşkilatçılıq bacarıqları, analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarığı, yüksək diqqət və işə olan məsuliyyət.