Proqramlaşdırma şöbəsinin məsləhətçisi/baş məsləhətçisi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi; Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;       
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatının mənimsənilməsində birbaşa iştirak;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).



Xüsusi tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Proqramlaşdırma sahəsində ən azı 2-4 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
  • Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər;
  • C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə;
  • Sinxron və asinxron mesajlaşma texnologiyaları üzrə biliklər;
  • TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə;
  • Html5, Css3, Javascript, Ajax, Angular istifadəsi və biliyi;
  • REST və SOAP servislər üzrə biliklər;
  • Microservis arxitekturası üzrə biliklər;
  • Səmərəli, təmiz və genişlənə bilən kod yazmaq bacarığı;
  • GİT-lə işləmə təcrübəsi;
  • Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı.
  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.


Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22 fevral 2025;
  • CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız