Gözətçi - Mühafizəçi

Bakı

Amal Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • Mühafizəçi xidmətə başladığı gün xidmətqabağı təlimatda iştirak edir və təyin olunmuş postu təhvil alır;
  • Növbəni təhvil alarkən növbə çəkəcəyi yerə və ətrafa baxış keçirir və onları tam öyrənir;
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsini yazılı surətdə təsdiq edir;
  • Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən  Mühafizəçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasına əmin olur;
  • Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya  möhürün və s. olmaması haqqında - özünün birbaşa tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə xəbər verir və nümayəndə gələnə qədər izin qorunmasını təmin edir;
  • Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
  • Obyektdə yanğın baş verdikdə həyəcan siqnalını verir, yanğın söndürmə xidmətçisinə (101 və ya 112-yə zəng etməklə) hadisə barədə məlumat verir , yanğın söndürülməsi üçün tədbirlər görür;
  • İş yerinin girəcəyində növbə çəkdikdə işçilərin, qonaqların, nəqliyyat vasitələrinin müəssisənin ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət edir;
  • Faktiki yüklənmiş yükü sənədlərlə üzləşdirir, giriş qapılarını açıb-bağlayır;
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsini yazılı surətdə təsdiq edir;
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda standart prosedurlara uyğun olaraq onların yerini müəyyən edir və aidiyyəti rəhbərliyə məlumat verir;
  • Təlimatlara uyğun olaraq təhlükəsizlik məsələləri ilə bağlı müntəzəm yoxlamalar aparır;
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlayır;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;
  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

Xüsusi tələblər

  • Yaş həddi: 25-55
  • İş stajı:Minimum 1 il stajı


Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Gözətçi-mühafizəçi” adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Masallı

  • 1000 - 2000 AZN

Premium
 
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax, Şabran, Ağdaş

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız