Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
Cəmiyyət üzrə debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
Aylıq əmək haqqını hesablayır;
Bank sənədlərini tərtib edir;
Kassa uçotuna nəzarət edir;
Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlayır;
Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edir;
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlayır;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
5 günlük iş rejimi;
Əmək haqqı 2500-3000 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Xüsusi tələblər
30-45 yaş arasında;
Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər;
Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;