Xidmət sahəsində yük daşınmaları, yükün, xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;
Anbarda olan yüklərin siyahısını tərtib etmək;
Xammal və mal materialları anbara qəbul edərkən, faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
Anbara Malları təhvil almaq və malları təhvil vermək;
Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;
Malın qablaşdırmasına diqqət etmək;
Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;
«Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;
Anbara qəbul edilmiş mallar barəsində sənədləri Mühasibatlıq şöbəsinin əməkdaşlarına vermək;
Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək;
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur;
İş qrafiki: 6 günlük;
Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Xüsusi tələblər
Ali təhsil;
Qida sahəsində ən az 3 il anbar təcrübəsi olmalı;
Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;