Texniki normativ tənzimləmə şöbəsi–Mütəxəssis (Qaz üzrə)

Bakı

Azerbaijan Energy Regulatory Agency
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında təkliflər verir;
• İstehlakçıların qaz təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsində və müvafiq qaydaların hazırlanmasında iştirak edir;
• Mühəndis-kommunikasiya təminatı sistemlərinə dair məcburi tələblərin normativ hüquqi sənədlərdə müəyyən olunmasında iştirak edir;
• qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasında iştirak edir;
• İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir;
• Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
• Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə Agentliyi təmsil edir;
• Şöbəyə daxil olan layihə, texniki şərt və təkliflərin araşdırılması və cavablandırılmasını təmin edir;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
• İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Xüsusi tələblər

• Neft və qaz sahəsi üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi;
• Yaş həddi 25-40 aralığı;
• Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
• Müvafiq sahə üzrə mövcud qanunvericilik aktlarını və standartları bilməlidir;
• Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
• Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə;
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Mütəxəssis (Qaz üzrə)) qeyd edin.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Qarabağ

  • Razılaşma yolu ilə

Telegram kanalımız