Kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
Daxil olan korrespondensiyaların düzgünlüyünü yoxlamaq, qəbul etmək, yaxud aidiyyəti üzrə gətirilmədikdə geri qaytarmaq;
sənədləri göndərmək;
sənədlərin icra müddətinə, tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək;
icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasını həyata keçirmək;
Dövlət orqanından xaric olan sənədlərdə ünvanının düzgün əks olunmasını, göstərilən qoşmaların mövcudluğunu yoxlamaq və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə sənədləri icraçılara qaytarmaq
sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək
fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq arayış və hesabatların hazırlayaraq təqdim etmək;
e-sənəd dövriyyəsi üzrə sənədlərin göndərilməsi, qəbul edilməsi və bununla bağlı digər işləri yerinə yetirmək
rəhbərliyin göstərişi ilə digər vəzifələri yerinə yetirmək
Aylıq vəzifə maaşı 840 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən 5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Xüsusi tələblər
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4