Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
Audit və yoxlamalar zamanı müvafiq sənədləri təqdim etmək və prosesə dəstək olmaq.
Xüsusi tələblər
Ali təhsilli olmalı (Maliyyə və iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir) ;
Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi;
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
Excel və mühasibat proqramları ilə işləmə bacarığı.
Vergi Məcəlləsini bilməli;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
Peşəkar mühasib sertifikatı olmalı;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.