Proxima Tech Solutions şirkətinin həllərini təhlükəsizlik və mühəndislik baxımından dərindən anlamaq, müştərilərin tələblərinə uyğun ən yaxşı həlləri dizayn etmək
Müştərilərlə işləyərək həllərimizin onların tələblərinə uyğun tətbiq və inteqrasiyasını təmin etmək
Daxili və xarici tərəfdaşlara texniki ekspert kimi dəstək olmaq və zəruri məlumatlarla təmin etmək
Şirkətimizin həllər portfeli çərçivəsində müxtəlif təhlükəsizlik həllərinin tətbiqi, idarə edilməsi və saxlanılmasında bilavasitə iştirak etmək
İdarə olunan təhlükəsizlik həlləri üzrə informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində ən yaxşı təcrübələri təqdim etmək
Ümumi təhlükəsizlik alətləri, şəbəkələr, əməliyyat sistemləri və verilənlər bazaları haqqında dərin biliklərə sahib olmaq
Sistem və həllərlə bağlı problemlərin həlli prosesində dəstək göstərmək
Müştərilərə təqdim olunan təhlükəsizlik həlləri üçün texniki sınaq və PoC həyata keçirmək
Müştəri məmnuniyyətini artırmaq, dəstək vermək və həllərin davamlı istifadəsini təmin etmək
Mövcud və tətbiq olunan texnologiyalar üzrə texniki biliklərini daim yeniləmək və özünü günümüzün tələblərinə uyğun inkişaf etdirmək
Xüsusi tələblər
Kompüter elmləri və ya digər əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Sistemlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi üzrə təcrübə (Router/Switch-lər, UNIX/Linux və Windows əsaslı sistemlər)
Aşağıdakı təhlükəsizlik texnologiyalarından biri və ya bir neçəsi ilə təcrübə:
Problemlərin həlli prosesində yaradıcı və analitik düşünmə bacarığı
Şəbəkə üzrə biliklər (L2 switching arxitekturası, Spanning Tree, OSPF və BGP daxil olmaqla IP routing, L4 yük balanslaşdırma və s.)
Müasir kibertəhlükələr və zərərli proqramlar, rəqəmsal araşdırma (digital forensics), avtomatlaşdırma alətləri və son nöqtə təhlükəsizliyi texnologiyaları haqqında biliklər
Təhlükəsizlik sahəsində tanınmış vendorlar və beynəlxalq təhlükəsizlik sertifikatları üstünlükdür