Satışa Dəstək Mühəndisi

Bakı

Proxima Tech Solutions

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kibertəhlükəsizlik üzrə satışa dəstək mühəndisi kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq.
  • Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləyir və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq.
  • Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini davamlı təqib etmək.
  • Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək.
  • Hər bir müştərinin unikal tələblərinə cavab verən fərdiləşdirilmiş kibertəhlükəsizlik həlləri hazırlamaq üçün texniki və mühəndis heyəti ilə birlikdə işləmək.
  • Təklif Sorğularına (RFPs) və Məlumat Sorğularına (RFI) texniki cavabların hazırlanması.
  • Müştərilərə təklif olunan həlli izahı üçün sxemlər, diaqramlar və digər məlumatları özündə əks etdirən texniki sənədlər (technical proposal) hazırlamaq.
  • Təklif olunan kibertəhlükəsizlik həllinin effektivliyini təsdiqləyən pilot layihələrin planlamasında və keçirilməsində dəstək olmaq.
  • Şirkətin portfelində olan kibertəhlükəsizlik həllərinin bazarda olan alternativ həllərlə rəqabət analizini aparmaq.
  • Satış komandasına və ehtiyac yarandığı halda müştərilərə təklif olunan həll və məhsulları daha yaxşı başa düşmələri üçün təlimlər vermək.
  • Təklif olunan kiber təhlükəsizlik həll və xidmətləri haqqında müştərilərin rəylərini öyrənib şirkətə təqdim etməklə şirkət və müştəri arasında körpü rolunu oynamaq.
  • Satışın uğurlu olması, müştəridə yarana biləcək narahatlıqları aradan qaldırmaq üçün texniki sualları araşdırıb cavablandırmaq və satış komandası ilə daim birlikdə işləmək.

Xüsusi tələblər

  • Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi.
Texniki bacarıqlar
  • Kibertəhlükəsizlik prinsipləri, təcrübələri və texnologiyaları haqqında eləcə də aşağıdakı istiqamətlərdə dərin biliklər:
  • Network security
  • Endpoint security
  • Cloud security
  • Identity and access management (IAM)
  • Threat detection and prevention
  • Encryption and data protection
  • Security compliance and regulations
  • Zəifliklərin qiymətləndirilməsi, nüfuz testi və təhlükəsizlik təhlili üçün istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyaları üzrə bacarıqlar.
Sertifikatlar
  • Aşağıdakı sertifikatları olanlara üstünlük verilir:
  • Certified Information Systems Security Professional (CISSP)
  • Certified Information Security Manager (CISM)
  • Certified Ethical Hacker (CEH)
  • Certified Information Systems Auditor (CISA)
  • CompTIA Security+
  • Dünyanın aparıcı kibertəhlükəsizlik şirkətlərinin verdiyi sertifikatlar (IBM, Cisco, Palo Alto, Check Point, Fortinet, CyberArk və s.).
  • Bazarda mövcud olan geniş çeşidli kibertəhlükəsizlik məhsulları, həllər və xidmətlərlə tanışlıq.
  • Cari təhdidlər, zəifliklər və sənayenin ən yaxşı təcrübələri daxil olmaqla kibertəhlükəsizlik mühitini dərindən başa düşmək.
Satış və ünsiyyət bacarıqları
  • Texniki informasiyanı texnik olmayan müştərilərə effektiv çatdırmaq üçün güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Müştəri ehtiyaclarını başa düşmək, əlaqələr qurmaq və kibertəhlükəsizlik həllərinin vacibliyini ifadə etmək və satış bacarıqları.
  • Satış komandası, müştərilər və daxili texniki komandanın üzvləri ilə əməkdaşlıq və effektiv ünsiyyət.

  • Mürəkkəb kibertəhlükəsizlik problemlərini təhlil etmək və onların həlli üçün müvafiq həllər hazırlamaq bacarığı.
  • Müştərilər üçün texniki təkliflər, diaqramlar və hesabatlar yaratmaq üçün güclü sənəd hazırlamaq bacarıqları.
  • Müştərilərlə qarşılıqlı əlaqənin və texniki sənədlərin dəqiq qeydiyyatını aparmaq bacarığı.
  • Tənzimləmələr və uyğunluq standartları (ISO27001, NIST, CIS və s.) haqqında biliklər.
  • Kibertəhlükəsizlik sahəsində yeni yaranan təhdidlər və texnologiyalar haqqında daim yenilənən məlumatları izləmək.
  • Davamlı öyrənmə və özünü inkişaf etdirmək.
  • Azərbaycan, ingilis (mütləq) və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 600 AZN dən

Premium
 
  • Bakı

  • 600 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 AZN

Telegram kanalımız