Müştərilər tərəfindən verilən sifarişlərin düzgün, vaxtında və ən yaxşı qiymət prinsipi ilə icra olunmasına nəzarət edilməsi;
Şirkət və Müştərilər üçün əlverişli əməliyyatların aparılması üçün Kapital bazarlarında araşdırmaların aparılması;
Nəzarət orqanı və Kapital bazarının digər iştirakçıları (Bakı Fond Birjası və Milli Depozit Mərkəzi) ilə kommunikasiyaların qurulması və yarana biləcək problemlərin həllinin müzakirəsi;
Yerli bazarda baş tutan hərrac, təkrar bazar və Repo əməliyyatların həyata keçirilməsi və onlara nəzarət olunması;
Rəhbərliyə hesabatların vaxtında və tələb olunan formatda təqdim edilməsi;
Şirkətin investisiya protfelinin idarə olunması ilə bağlı proqnozlar hazırlanaraq, rəhbərliklə razılaşdırılaraq icra olunmasına nəzarət olunması.
Xüsusi tələblər
Təhsil: Maliyyə, İqtisadiyyat və İnvestisiya sahəsində ali təhsil
Təcrübə: Sahə üzrə ən azı 5 il təcrübə və ya 3 il rəhbər təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
Lisenziya/Sertifikat: Nəzarət orqanı tərəfindən verilən ixtisas şəhadətnaməsi, səlahiyyətli treyder sertifikatı, CFA üzrə sertifikatın olmasına üstünlük verilir.