Texniki normativ tənzimləmə şöbəsinin aparıcı mütəxəssisi (Enerji sahəsi üzrə)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanması üçün təkliflər verir; • İstehlakçıların elektrik və istilik enerjisi təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsi və müvafiq qaydaların hazırlanması üçün təkliflər verir; 
• Enerji sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təyin edilməsində iştirak edir, bu normaların azaldılması üzrə tapşırıqları hazırlayır, enerjiyə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi üçün təkliflər verir; 
• Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadəsi üçün tövsiyələr verir; 
• İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir; 
• Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır; 
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir; 
• Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə iştirak edir; 
• Şöbəyə daxil olan layihələrin təhlilini, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir; 
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; 
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Xüsusi tələblər

•Elektroenergetika üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi; 
• Yaş həddi 25-40 aralığı; 
• Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır; 
• Müvafiq sahə üzrə qanunvericilik aktlarını və standartları bilməlidir; 
• Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı; 
• Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə; 
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti; 

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız