Texniki normativ tənzimləmə şöbəsi–Mütəxəssis (Qaz üzrə)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında təkliflər verir; 
• İstehlakçıların qaz təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsində və müvafiq qaydaların hazırlanmasında iştirak edir; 
• Mühəndis-kommunikasiya təminatı sistemlərinə dair məcburi tələblərin normativ hüquqi sənədlərdə müəyyən olunmasında iştirak edir; 
• qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasında iştirak edir; 
• İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir; 
• Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır; 
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir; 
• Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə Agentliyi təmsil edir; 
• Şöbəyə daxil olan layihə, texniki şərt və təkliflərin araşdırılması və cavablandırılmasını təmin edir; 
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; 
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Xüsusi tələblər

• Neft və qaz sahəsi üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi; 
• Yaş həddi 25-40 aralığı; 
• Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır; 
• Müvafiq sahə üzrə mövcud qanunvericilik aktlarını və standartları bilməlidir;
 • Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı; 
• Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə; 
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1000 - 2500 AZN

Telegram kanalımız