Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, arayışların, hüquqi rəylərin, ərizə və şikayətlərin, həmçinin digər hüquqi sənədlərin hazırlanması;
Müəssisədaxili fəaliyyəti tənzimləyən qayda, reqlament və təlimatların hazırlanması və düzəlişlərin edilməsi;
Əmanətlərin Sığortalanması Fondu və ləğvetməsində olan Bankların xeyrinə iddia ərizələri, apellyasiya və kassassiya şikayətlərinin yazılması;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, qüvvədə olan normaları bilmək;
Struktur bölmə rəhbərinin hüquqi işlərlə əlaqəli vermiş olduğu tapşırıqların yerinə yetirilməsi.
Xüsusi tələblər
Hüquq fakültəsi üzrə baklavr ali təhsili;
Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilmək;
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu , “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarını yüksək səviyyədə bilmək;
Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
MS Office proqramlarını (Word, Excell, Power Point) xüsusilə Word proqramını yüksək səviyyədə bilməli;
Azərbaycan, ingilis dillərində sərbəst, səlist danışıq və yazı yazmaq bacarığı;
Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi olması arzuolunandır.