Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin etmək;
Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
5 günlük iş rejimi;
Əmək haqqı 1400-1500 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Xüsusi tələblər
23-30 yaş arasında;
Hüquq sahəsində ali təhsil;
Azərbaycan,Rus və İngilis dillərini mükəmməl bilmək;
Korporativ hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;