- İnşaat, tikinti üzrə bakalavr təhsili
- 5 il müvafiq sahə üzrə iş stajı
- Keyfiyyətin idarə edilməsi, keyfiyyətə nəzarət prosedurları və standartlaşdırma bilikləri
- Tikinti normativləri (SNİP, EN, ISO, və s.)
- Layihə sənədləri, texniki şərtlər və işçi cizgilərlə işləmə
- Spesifikasiyaları oxumaq və təhlil etmək
- Təftiş Test Planını və proseduraları hazırlamaq
- Məlumatları təhlil etmə üsulları
- Materiallarla bağlı texniki və keyfiyyət tələbləri, xüsusiyyətləri və keyfiyyət standartları
- Materialların uyğunluq sertifikatının yoxlanılması
- Tikinti işləri haqqında işçi sənədləri və tikinti-quraşdırma işlərinin texnologiyasına dair həlləri özündə əks etdirən sənədlər
- Forma 2/Forma 3 tərtibi qaydaları
- Komandada işləmə, verbal ünsiyyət, analitik düşüncə, araşdırma və təhlil bacarıqları
- MS Office sərbəst istifadəçi
- İngilis dili B1+
Üstünlük verilir:
- Tikinti-quraşdırma işlərinin icrasına və keyfiyyətinə, dizayn və smeta sənədlərinə, tikinti kodlarına, qaydalarına, standartlara uyğunluğuna texniki nəzarət üzrə iş təcrübəsi
- İri investisiya layihələrində, əməliyyat mükəmməlliyi layihələrində iştirak
- Layihə smeta sənədlərinin hazırlanması, icrası, uçotun aparılması, tikinti sahəsində fəaliyyətə dair hesabatların tərtib edilməsində təcrübə
- İnşaat sahəsi və keyfiyyətə nəzarət üzrə təlim və ya sertifikatlar
- Müvafiq sahə üzrə magistr təhsili
Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Keyfiyyətə nəzarət şöbəsində Böyük mühəndis” başlığı ilə [email protected] elektron poçtuna 10.03.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.