Mühafizəçi (xanım)

Bakı

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Postdakı xüsusi vəzifələrini, qonşu postların yerlərini bilmək;
• Posta gələrkən post inventarı, texniki mühafizə (işiqlandırma, hasarlama, rabitə, siqnalizasiya) və yanğınsöndürmə vasitələrinin, mühafizəyə götürülən otaqların, pəncərə və qapıların, kilid, möhür və damğaların
vəziyyətini yoxlamaq, nöqsanlar olarsa dərhal qarovul rəisini məlumatlandıraraq onun göstərişinə əsasən hərəkət etmək;
• Rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrindən düzgün istifadə etməyi bacarmaq, mühafizə və yanğınsöndürmə siqnalizasiyasının “həyəcan” siqnallarını bilmək və bu barədə qarovul rəisini vaxtında məlumatlandırmaq;
• Tabe olduğu şəxslər də daxil olmaqla silahını və ya xüsusi mühafizə vasitələrini heç kimə verməmək;
• Postda ayıq-sayıq olmaq, xidmətdə fasilələrə yol verməmək;
• Qarovul rəisi və ya onu əvəz edən şəxs tərəfindən dəyişdirilməsinə və ya
postdan çıxarılmasına qədər postu tərk etməmək;
• Qeyri-iş vaxtında qarovul rəisi və onun müşayət etdiyi şəxslərdən, eləcə də jeton vasitəsilə onu dəyişən qarovulçudan başqa heç kəsi posta buraxmamaq;
• Postda yanğına qarşı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, yanğın halları barədə dərhal qarovul otağına və yaxınlıqdakı yanğınsöndürmə dəstəsinə məlumat vermək, yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi və yaxud yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;
• Postun və ya qonşu postun yerləşdiyi ərazidə ictimai asayişin pozulması halları barədə qarovul rəisinə məruzə etmək və həmin pozuntunun dayandırılmasını tələb etmək;
• Şəxsi təhlükəsizlik qaydalarına riayət etmək;
• Qəfil xəstəliyi zamanı qarovul rəisinə məlumat vermək və onu dəyişəcək atıcının gəlişinə qədər postu tərk etməmək;
• Dəmiryolu darvazalarındakı NBM-də xidmət edən atıcı müəssisəyə gələn dəmiryolu nəqliyyat vasitələrinin, nəqliyyatı müşayət edən bütün şəxslərin
buraxılış vərəqələrini, müəssisədən çıxan zaman isə vaqon və lokomotivlər, onları müşayət edən şəxslərin buraxılış vərəqələrini, yükə görə məsuliyyət daşıyan şəxslərin isə maddi dəyərlərin daşınmasına dair sənədlərini yoxlamaq;
• Post cədvəllərində göstərilmiş sahələrə nəzarət etmək;
• Perimetr boyu obyektə girmək və ya obyektdən çıxmağa cəhd edən şəxsləri saxlamaq və bu barədə qarovul otağına məlumat vermək;
• Hasardan mühafizə olunan obyekdə və ya əks tərəfə hər hansı bir əşyanı atmağa cəhd göstərən şəxsləri saxlamaq və bu barədə qarovul otağına məlumat vermək, qarovul rəisinin gəlişinə qədər bu əşyaların toxunulmazlığını təmin etmək;
• Müvafiq icazə olmadan qadağan olunmuş sahələrdə və perimetr boyu hasarın yaxınıiğında təsərrüfat işlərinin aparılmasına icazə verməmək;
• Obyekt daxili rejim qaydalarında nəzərdə tutulmuş məsafədə hər hansı bir material, məhsul və tullantıların yığılmasın, zibil atılmasına yol verməmək;
• Xusisi buraxılış vərəqəsi olmayan və qarovul rəisi tərəfindən müşayət olunmayan şəxsləri anbarın ərazisinə buraxmamaq;
• Anbar və ona bitişik ərazilərdə yanğın təhlükəsinin yaranmamasina nəzarət etmək;
• Darvazaların daima kilidli olmasına, anbarın qapılarında olan kilid, damğa və möhürlərin, onların vurulduğu ip və zəncirlərin zədədən qorunmasına nəzarət etmək;
• Təhlükəsizlik qaydalarına ciddi riayət etməli olmaları haqqında anbara gələn şəxsləri məlumatlandırmaq;
• Anbarın və ona bitişik ərazinin foto, video və topoqrafik çəkilişlərinin aparılmasına yol verməmək;
• Partlayış və oddan təhlükəli anbarlara girişə yalnız təlimatlarda nəzərdə tutulmuş ayaqqabılar geyinildikdə, silah və alışdırıcı vasitələr olmadan icazə vermək. Bu tələblər pozularsa, anbara buraxılışa icazə verməyərək bu barədə qarovul rəisini məlumatlandırmaq;
• Partlayıcı, zəhərli, radioaktiv, oddan təhlükəli materialların (xusisi təhlükəli malın) saxlandığı anbarların, eləcə də belə materialların müxtəlif nəqliyyat vasitələri ilə daşınması zamanı həmin materiallar ilə davranış qaydalarını bilmək;
• Maşını mühafizəyə qəbul edərkən xüsusi təhlükəli xammalın təlimata müvafiq olaraq qablaşdırılmasını yoxlamaq, eləcə də maşını və sürücünün reysə hazır olub olmadığını aydınlaşdırmaq;
• Maşının banında xüsusi təchiz olunmuş yerdə mühafizəni aparmaq və yalnız təsdiq olunmuş marşrut ilə hərəkət etmək;
• Daşınma planında nəzərdə tutulmuş dayanacaqlar istisna olmaqla təyinat yerinə qədər avtomaşının dayanmasına icazə verməmək;
• Dəmiryolu keçidləri və işıqforlarda kənar şəxsləri maşın və daşınan xammala yaxın buraxmamaq;
• Texniki nasazlıq və ya təbii fəlakətlər nəticəsində yaranmış uzunmüddətli dayanmalar zamanı, bütün hallarda avtomobildən aralanmamaq, zəruri hallarda yükü müşayət edən şəxs və ya sürücü vasitəsilə yükün təyin oluduğu obyekt və yaxınlıqdakı polis orqanı ilə əlaqə yaratmaq;
• Yükün korlanması və ya məhv olması təhlükəsi yarandıqda, zəruri təhlükəsiz yerdə anbarlara yığılmasını təşkil etmək etmək, bu barədə dərhal qarovul rəisi və yaxınlıqdakı polis orqanınını məlumatlandırmaq; 
• Xusisi təhlükəli malın yükləndiyi maşınla kənar şəxslərin daşınmasına yol verməmək;
• Mühafizə olunan xüsusi təhlükəli malın daşındığı vaqonların möhür və ştampların vəziyyətini, qıfılların etibarlığını yoxlamaq, aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək vaqonu mühafizəyə qəbul etməmək;
• Vaqonların müşayət sənədlərini vəzifəli şəxslər və ya köhnə qarovulçulardan qəbul etməmək;
• Mühafizə olunan vaqonun hərəkəti zamanı əyləc meydançasinda olmaq, yük üçün təhlükə yarada biləcək yanğın və ya digər hallar barədə dəmiryolu nəqliyyatıda qəbul olunmuş siqnallar verməklə qatarı dayandırmaq;
• Qatar briqadasının üzvləri istisna olmaqla kənar şəxsləri əyləc meydançalarına buraxmamaq;
• Vaqonları qeydiyyat və texniki baxışdan keçirən dəmiryolçular istisna olmaqla dayanacaqlarda xüsusi təhlükəli malın daşındığı vaqonlara kənar şəxsləri buraxmamaq;
• Atıcıların mühafizə olunan obyektlərin vacibliyi və xususiyyətlərindən irəli gələn xüsusi vəzifələri komanda rəisi tərəfindən konkretləşdirilir, post cədvəllərində öz əksini tapır.

Xüsusi tələblər

  • Yaş 24 - 32
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Konfliktlərin idarə edilməsi
  • Təşkilatı anlama
  • İdarəetmə


Bilməlidir
• Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsini;
• Bədbəxt hadisələr və xəsarət almalar zamanı ilkin tibbi yardımı;
• Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında AR qanunlarını;
• Silahla davranış və istifadə qaydalarını;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını;
• İstehsalat sanitariyası və əməyin mühafizəsi və texniki təhlükəsizlik, həmçinin yanğından mühafizənin norma və qaydalarını.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 AZN dən

Premium
  • Bakı

  • 600 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız