Agentliyin aylıq, rüblük və illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq vaxtında hazırlanması və təqdim edilməsi;
Maliyyə hesabatlarının təhlil edilməsi, maliyyə əmsallarının hesablanması və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Kənar auditin aparılmasına dəstək və auditorlarla əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və təqdim edilməsi;
Regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamalarının aparılmasında iştirak və hesabatın verilməsi;
ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması;
Mühim maliyyə göstəriciləri üzrə analitik hesabatların hazırlanması və onların optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Xüsusi tələblər
Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq sahələri üzrə);
Təcrübə: Maliyyə, mühasibatlıq istiqamətində ən azı 3 illik iş təcrübəsi;
MS Excel üzrə yüksək səviyyədə biliklər;
MS Power BI bilməsi arzuolunandır;
IFRS üzrə nəzəri və praktiki biliklərin olması;
Maliyyə hesabatları ilə işləmə bacarığı;
PMS sertifikatının olması;
ACCA F7 sertifikatı üstünlükdür;
Şəxsi bacarıqlar: İnduktiv və analitiki təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, problemləri həll etmə, qətiyyət, komandada işləmə, təqdimat və ünsiyyət bacarıqları;
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi;