Agentliyin təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması və onlara dair rəy və təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
Agentliyə daxil olan və Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
Agentliyin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
Agentlikdə normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Xüsusi tələblər
Təhsil: Hüquq istiqaməti üzrə ali təhsil;
Təcrübə: Hüquqşünaslıq üzrə minimum 1 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsi üstünlükdür);
Texniki biliklər: Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
Rəsmi yazışmaların, məktub və sənədlərin hazırlanması bacarığı.
Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.