Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və ayın bağlanması;
Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin yoxlanılması, təsdiqə göndərilməsi və reysterinin aparılması;
Alınan malların anbara mədaxil edilməsinin yoxlanılması, görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi;
Tədarükçülərlə mütəmadi olaraq üzləşmələrin aparılması;
Xammal anbarına daxil olan xammalları tərəzi qəbzləri ilə yoxlamaq və proqram təminatına daxil etmək;
Mal-material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric sənədlərinin müntəzəm olaraq tələb edilməsi və düzgün tərtib olunmasına nəzarət etmək;
Hesabat ayı bitdikdən sonra 3 gün müddətində mal-material, hazır məhsul və yanacaq anbarı üzrə təsdiq edilmiş hesabatların verilməsini tələb etmək;
Kreditorlardan alışlar üzrə əməliyyatların proqram təminatına işlənilməsi;
Mal-materialların idxalı və hazır məhsulların ixracı üzrə əməliyyatların proqram təminatına işlənilməsi (əlavə xərclər daxil olmaqla);
Kassa ilə bağlı əməliyyatların (mədaxil, məxaric, sənədləşmə) icra edilməsi;
Ay bağlantısı ilə bağlı əməliyyatların icra edilməsinə dəstək olmaq;
Maliyyə departamaentinin direktoru və Baş mühasib tərəfindən verilən digər tapşırıqları icra etmək;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
İş rejimi - 5 günlük;
İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
Xüsusi tələblər
22 – 30 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
Mühasib kimi 1 ildən çox iş təcrübəsi;
Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan məlumatlı olmaq;
Dürüst, çalışqan, məsuliyyətli olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;