Müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq.
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Xüsusi tələblər
Təhsil: Ali tibbi təhsil;
Təcrübə: Tibb sahəsində 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
Şəxsi bacarıqlar: Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı, vaxtın idarə olunması, problemləri həll etmə bacarıqları;
Dil bilikləri: Xarici dil bilikləri arzuolunandır.