A-Solutions - Data Scientists Aparıcı Mühəndisi / Eksperti

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Böyük verilənlər bazası biznes problemlərinin həlli üçün statistik və maşın öyrənmə metodlarının tətbiqi
  • Effektiv və səhv dərəcəsi aşağı olan proqnozlaşdırıcı modellərin hazırlanması üçün zəruri olan verilənlərin yaradılması
  • Komandaların əsas strateji hədəfləri qarşısında effektivliyinı artirmaq üçün analitik düşüncə ilə köməklik etmək
  • Qeyri müəyyənliklə çalışmaq, biznes problemlər üzərindən dərin təhlilərin keçiriməsi və nəticələrin formalaşdırılması,təqdim edilməsi
  • Geniş və kompleks verilənlər bazasının əldə edilməsi, aydınlaşdırılması və təhlili
  • Verilənlər bazasının keyfiyyətini artırmaq, modelləri təstiqləmək və model  təkmilləşdirilməsini idarə edilməsi üçün DE, Bİ və digər departamentlərlə yaxın əməkdaşləq etmək
  • Digər departamentlərdən gələn istəklərin cavablandırılması
  • Yeni səs, internet, xidmət və tariflərin serfəlik təhlillərin hazırlanması
  • Analitik düşüncə: Mücərrəd biznes problemlərinin analitik həllərini tapmaq.
  • Tənqidi düşüncə: Nəticəyə gəlməzdən əvvəl faktların obyektiv təhlilini aparmaq.
  • Şəxslərarası ünsiyyət bacarığı: Şirkət səviyyəsində müxtəlif auditoriyalarla ünsiyyət qurmaq bacarığı.

Xüsusi tələblər

  • Kompüter Elmləri, Kompüter Mühəndisliyi, Riyaziyyat və ya müvafiq sahə üzrə BSc/BA dərəcəsi; Data Elmləri və ya digər kəmiyyət sahələrində magistr dərəcəsi və ya ekvivalent təcrübəyə üstünlük verilir;
  • Data mütəxəssisi kimi təsdiqlənmiş təcrübə (minimum 2 il)
  • Süni intellektlə bağlı ən azı bir sahədə ML/DL həllərinin tətbiqi üzrə təcrübə CV (seqmentləşdirmə, təsnifat, metrik öyrənmə), Səs (ASR, TTS), NLP (semantik analiz, çatbotlar, mətn yaratmaq)
  • Python və SQL proqramları üzrə üstün bilik.
  • Aşağıdakı sistemlərdən istifadə təcrübəsi: TensorFlow, PyTorch, Rapids
  • Müəyyən bir ML/DL sahəsində araşdırma aparmaq bacarığı (sənədlərin axtarışı, açıq mənbə kodunun nəzərdən keçirilməsi və uyğunlaşdırılması)
  • Quraşdırma alətlərindən istifadə təcrübəsi: Docker, Airflow, MlFlow, Tensorboard, REST API
  • Vasitələr və ya üsullardan birini istifadə edərək optimallaşdırma təcrübəsi: TensorRT, ONNX, kvantlaşdırma, distillə etmə
  • Streamlit, Flask, Dash və ya hər hansı digər vasitələrdən istifadə edərək veb-proqramların yaradılması üzrə üstün bilik
  • Analitik düşüncə tərzi və riyazi bilik (e.g. statistika, xətti cəbr)
  • Biznes anlayışı
  • Problem həll etmə bacarığı
  • Əla ünsiyyət və təqdimat bacarıqları
  • Azərbaycan, Rus və İngilis dillərində səlis bilik
  • Üstünlük verilir:
  • C++ dil biliyi
  • Sistemlərdən/kitabxanalardan istifadə təcrübəsi: pycuda, deepstream, opencv, librosa
  • Skrap-texnikası üzrə təcrübə


Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 500 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız