Elektrik (mövsümi) Biləsuvar

Biləsuvar

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
  • Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;
  • Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi; 
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edir;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat verir;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat verir;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;

Xüsusi tələblər

  • Elektrotexnikanın əsaslarını;
  • Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini;
  • Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını;
  • Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını;
  • Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını;
  • Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini;
  • Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları;
  • Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;
  • Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir;

Telegram kanalımız