Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (Texniki istismar şöbəsi)

Bakı

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Elektrik avadanlıqlarına texniki baxışın və nəzarətin həyata keçirilməsi:
  • 1.İstismarda olan elektrik avadanlıqlarına texniki baxış keçirilməsi:
  • -Naqillərin və yastıqların qızmasıınn yoxlanılması;
  • -Quraşdırılmış və ya səyyar ampermetrlər vasitəsilə elektrik naqillərində olan cərəyan şiddətinə nəzarət edilməsi;
  • -Elektrik mühərriklərində kənar səslərin olmasının yoxlanılması.
  • 2.Paylayıcı qurğularda gərginlik göstəricilərinin normaya uyğunluğunun yoxlanılması;
  • 3.Yüksək gərginlikli yağ transformatorlarının işinə nəzarət edilməsi;
  • 4.Ölçü, qaynaqedici, yağlı və xüsusi transformatorların normal işləməsinə nəzarət edilməsi və təmir edilməsi:
  • Elektrik avadanlıqları və mühərriklərinin sökülməsi və təmir edilməsi:
  • 1.Elektrik paylayıcı quruluşlarda və transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə təmir işlərinin aparılması;
  • 2.Elektrik mühərriklərinin torpaqlanmasının yoxlanılması və qadağanedici lövhəciklərin quraşdırılması, zəruri hallarda çəpərləmənin aparlması;
  • 3.Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinə və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqların sxeminə xidmət edilməsi və işlərin çertyoj və sxem üzrə yerinə yetirilməsi;
  • 4.Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan elektrik maşın və aparatların təmir edilməsi;
  • 5.Gərginliyi 10 KV-a qədər olan müxtəlif tipli alçaq və yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, təmir edilməsi, yığılması, quraşdırılması və sazlanması;
  • 6.Avtomatik rele mühafizəsi sxemlərində qüsurların aşkar edilməsi və sazlanması;
  • 7.Kabel ucluqlarının və stator dolaqlarının çıxışlarının bərk və yumşaq lehimlə lehimlənməsi; 
  • 8.Elektrik qaynağı maşınlarının təmir edilməsi və sazlanması;
  • 9.Elektrik siyirtmələrinin təmiri və tənzimlənməsi;
  • 10.Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan kabel xətlərində təmir və bərpa işlərinin aparılması, ucluq muftaların qoyulması;
  • 11.Gərginliyi 1000 V –a qədər və ondan yuxarı olan elektrik avadanlıqlarında qəza vəziyyəti vaxtı operativ əməliyyatların aparılması;
  • 12.Elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmiri:
  • -Sıxac qutusunun qapağının açılması;
  • -Naqillərin qızma və boşluqlarının yoxlanılması;
  • -Naqillərdə qızmanın aradan qaldırılması üçün boltların sıxılması;
  • -Nasaz olan kabel ucluqlarının sıxılması;
  • -Ucluqların dəyişdirilməsi və lehimlənməsi
  • 13.Elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi:
  • -Ön yastığın sökülməsi üçün mühərriklərin mexaniki hissə ilə elektrik hissəsini ayıran yarım muftaların sökülməsi;
  • -Arxa yastığın sökülməsi üçün soyuducu ventilyatorun sökülməsi;
  • -Mühərrikin qapaqlarının sökülməsi;
  • -Xüsusi yastıq çıxaran alət vasitəsilə yastığın çıxarılması;
  • -Sıradan çıxmış yastıqların yenisi ilə dəyişdirilməsi
  • 14.Elektrik mühərriklərinin fırçalarının (kömür) dəyişdirilməsi;
  • 15.Elektrik mühərrikllərinin, elektrik avadanlıqlarının, elektrik maşınlarının və transformatorların əsaslı təmirdən sonra mühəndis-texniki heyətin nəzarəti altında kompleks sınaqdan keçirilməsi və istismara verilməsi;
  • • İnzibati binaların və iş otaqlarının işıqlandırma sisteminin fasiləsiz işinin təmin edilməsi:
  • 1.İstehsalat sahəsinin normal işıqlandırılmasına nəzarət edilməsi və nasazlıq olduqda təmir edilməsi;
  • 2.Nasaz olan lampaların və patronların dəyişdirilməsi
  • 3.Elektrik naqillərinin yoxlanması və dəyişdirilməsi;
  • 4.Təmir işləri zamanı qaynaq aparatlarının dövrəyə qoşulması və elektrik uzadıcıları ilə təmin edilməsi.
  • Digər işlər:
  • 1.Liftin normal işləməsinə nəzarət edilməsi və liftdə qalan şəxslərin azad edilməsi;
  • 2.Qulluq etdiyi iş sahəsinin yanğın təhlükəli maddələrdən və digər tullantılardan təmizlənməsi.

Xüsusi tələblər

• Müxtəlif elektrik maşınlarının, elektrik aparatlarının, gücü və gərginliyi müxtəlif olan cihazların quruluşunu, dəqiqliyinin yoxlanılması üsulları və qaydalarını;
• Teleidarə və avtomatik tənzimləmənin sxemini;
• Mürəkkəb məntiqi sxemlərə xidmət qaydalarını;
• Elektrik maşınlarının, elektrik aparatları və cihazlarının kompleks sınağı metodunu;
• Partlayış təhlükəli, yanğın təhlükəli və digər mürəkkəb şəraitlərdə kabel şəbəkələrinin təmiri və montajı qaydalarını;
• Elektrik qidalandırıcı şəbəkəsində elektrik avadanlıqları üzrə elektrik sxemlərin və digər texniki sənədlərin tərtilə edilməsi qaydasını;
• Elektrik mühərriklərinin, transformatorlarının kabel və müxtəlif gərginlikli naqil xətlərinin yüklənməsi normasını;
• Paylayıcı qurğuların birinci və ikinci kommutasiyasının elektrik sxemini;
• Yüksək tezlikli blokirovka ilə müdafiənin hərəkət prinsipini;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydalarını.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 - 1000 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız