Böyük məsləhətçi

Şəki

Şəki Kommersiya Məhkəməsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • məhkəmə aparatının işinin təşkil edilməsini təmin edir.
  • məhkəməyə daxil olan işlərin Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə təsadüfi və avtomatik qaydada hakimlər arasında bölünməsinə nəzarət edir, baş vermiş nöqsanlarla bağlı məhkəmə sədrinə və sistemə nəzarət edən təşkilata məlumat verir.
  • elektron qaydada(həmçinin elektron kabinet vasitəsilə)daxil olmuş sənədlərin vaxtında qeydə alınmasını və aidiyyəti üzrə təqdim edilməsini nəzarətdə saxlayır və mütəmadi yoxlama aparmaqla nöqsanlarla bağlı məhkəmə sədrinə məlumat verir.
  • məhkəmə aparat işçilərinin qulluq funksiyalarına icrasına,habelə əmək və daxili intizam qaydalarına əməl etmələrinə nəzarəti həyata keçirir və bu barədə məhkəmə sədrinə vaxtaşırı məruzə edir.
  • məhkəmə sədrinin tapşırıq və göstərişlərinə əsasən aparat işçilərin işə qəbulu ,işdən azad edilməsi,yerləşdirilməsi, mükafatlandırılması və intizam qaydada cəzalandırılması məsələlərinə təkliflərini hazırlayaraq sədrə təqdim edir.
  • aparat kadrlarının komplektləşdirilməsinə,onların hazırlığının və ixtisaslarının artırılmasına ,tədris məşğələlərinin keçirilməsinə dair tədbirlər görərək məhkəmə sədrinə məruzə edir. 
  • aprat işçilərinə verilən xidməti vəsiqələrin uçotunu aparır
  • aparat işçilərinə müvafiq ixtisas dərəcələrinin verilməsi məqsədilə təkliflərini hazırlayaraq məhkəmə sədrinə təqdim edir.
  • məhkəmə sədrinin kadr, maliyyə və təsərrüfat məsələri üzrə əmr və sərəncamlarının hazırlanmasına nəzarət edir ,kadrların şəxsi işlərinin tərtib edir,əmək müqavilələrinin bağlanmasını təmin edir.
  • məhkəmənin iş planlarının tərtib edilməsində iştirak edir və icrasını təmin edir.
  • məhkəmə təcrübəsinin ümumiləşdirilməsini, yekun arayışların hazırlanmasını və məhkəmə sədrinə təqdim olunmasını təmin edir.
  • şəxsləri qəbul edir,öz səlahiyyəti daxilində onların yazılı və şifahi müraciətlərinə baxılmasına nəzarət edir.
  • məhkəmədə maliyyə-təsərrüfat, uçot-hesabat işinin təşkilində, müqavilələrin bağlanmasında və digər təşkilati məsələlərin həll edilməsini təmin edir.
  • məhkəmə aparatının kadrlarının uçotu məsələlərini təşkil edir.
  • aparat işçilərinin əmək kitabçalarının yazılmasını və onların uçotunun aparılmasını təmin edir.
  • kadr məsələləri ilə əlaqədar daxil olan müraciətlərin araşdırılmasını təmin edir.
  • vakant dövlət qulluğu(inzibati)vəzifələrinin tutulması ilə bağlı səlahiyyəti daxilində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq prosedurların həyata keçirilməsini təmin edir
  • kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflər verir.
  • məhkəmənin inzibati binasında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı məhkəmə aparıtının bütün işçilərini ildə 2 dəfədən az olmamaqla təlimatlandırır və hər bir işçinin məsuliyyəti ilə bağlı qeydiyyatın aparılmasını təmin edir
  • "Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair"təlimata əsasən səlahiyyətinə aid kitabların və nomenklatur qovluqların təşkilinə və aparılmasına nəzarət edir.
  • Aylıq vəzifə maaşı 760 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1

Telegram kanalımız