Mühafizəçi

Bakı

Bravo Supermarket

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkət binalarına təhlükəsiz giriş-çıxışı təmin etmək, qeyd və yoxlamalar aparmaq;
  • Növbə ərzində ayıq-sayıq olmaq, hər hansı bir qanunsuz və ya fövqəladə hal, iş qəzası, marketdəki iş prosesinə kənar müdaxilə halları baş verərsə dərhal təlimata uyğun hərəkət etmək və növbə rəisinə məlumat vermək;
  • Market ərazisində və ya yaxınlıqda hər hansı bir şübhəli əşya aşkar edildiyi zaman insanların təhlükəsizliyini təmin etmək, zərurət yarandığı halda insanların ərazidən təxliyyəsini həyata keçirmək və növbə rəisinə məlumat vermək;
  • Bütün şəxsi heyət və müştərilərə qarşı nümunəvi, nəzakətlə davranmaq, etik-davranış qaydalarına riayət etmək; 
  • Şirkətin daxili nizam-intizam qaydalarına uyğun olmayan əməllər aşkar edildikdə təlimata əsasən tədbir görmək;
  • Ağır iş xəsarəti və avadanlıqların sıradan çıxması ilə nəticələnə bilən təhlükəli iş aparıldığı müşahidə edilərsə işi dayandırmaq və məsul şəxsə məlumat vermək;
  • Növbə ərzində marketdə fəaliyyət göstərən işçilərin, müştərilərin və şirkət inventarlarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə məsul şəxsi xəbərdar etmək, eləcə də təhlükəsiz əmək şəraitinin yaradılmasına köməklik göstərmək;
  • Market girişlərində və marketə məxsus avtodayanacaqlarda nəqliyat vasitələrinin günlük iş prosesinə mane olmamasını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək.

Xüsusi tələblər

  • Orta təhsil (ali təhsil üstünlükdür);
  • Mühafizə və ya təhlükəsizlik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
  • Yaxşı fiziki vəziyyətdə olmaq;
  • Gərgin və fövqəladə situasiyalarda soyuqqanlı və çevik davranmaq bacarığı;
  • Gecə və gündüz növbələrində işləməyə fiziki və psixoloji hazırlıq;
  • Təhlükəsizlik prosedurlarını və fövqəladə hallar üzrə təlimatları bilmək və onlara əməl etmək bacarığı;
  • Şübhəli şəxsləri və ya əşyaları müşahidə edərək vaxtında xəbərdarlıq etmək bacarığı;
  • Hadisə baş verdikdə operativ reaksiya göstərmək və təlimata uyğun hərəkət etmək;
  • Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Etik davranış və müştəri məmnuniyyətinə yönəlik peşəkar münasibət;
  • Səbirli, nəzakətli və komandada işləmə bacarığı;
  • Dürüstlük və etibarlılıq;
  • Kamera müşahidə sistemləri, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqları ilə işləmə təcrübəsi (arzuolunandır);
  • Əsas ofis proqramlarında ilkin səviyyədə işləmək bacarığı (məsələn: qeydiyyat aparmaq üçün Excel və ya Word istifadə etmək);
  • Həftəlik növbə cədvəlinə uyğun işləmə öhdəliyi;
  • Gözlənilməz hallarda ərazi boşaldılması və insanların təxliyəsini idarə etmək bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız