Audit / Daxili audit xidməti

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
• Audit layihəsi çərçivəsində müəyyən edilmiş sahələr üzrə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunması və məxfiliyini təmin etmək;
• Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
• Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər planın icrasının monitorinqində iştirak etmək;
• Layihə rəhbəri və ya Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Xüsusi tələblər

• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli;
• Microsoft Office, Audit və Statistik proqramlara dair biliklər arzuolunandır;
• Audit, uçot və hesabatlıq sahələrinə aid biliklər arzuolunandır;
• Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, Problem həlletmə bacarığı, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.
• İqtisadi və ya Hüquqi sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız