Avtomobil sürücüsü (Ucar rayonu)

Ucar

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Yükgötürmə qabiliyyəti 3 tona qədər, bütün tip və markalardan olan yük avtomobillərini idarə etmək;
• Avtomobili yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurmaq;
• Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan qabaq qəbul etmək, qaraja qayıtdıqdan sonra avtomobili təhvil vermək və ona ayrılmış yerə yerləşdirmək;
• Avtomobili yükləmə zamanı yük altına vermək, yüklərin yüklənib boşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət etmək;
• İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq;
• Verilən tapşırıqları yerinə yetirmək, yol sənədlərini rəsmiləşdirmək;
• Hərəkətin təhlükəsizliyi, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
• İş yerinin təmiz və saz vəziyyətdə saxlamaq, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək;
• Öz iş yerini icazəsiz tərk etməmək, təhlükəli yerlərə getməmək;
• Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.

Xüsusi tələblər

• Xidmət edilən avtomobilin təyinatı, quruluşu, işləmə prinsipini;
• Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydalarını, hərəkətin təhlükəsizliyinin əsaslarını;
• Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
• Texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını;
• Akkumulyator batareyalarının və avtoşinlərin istismar qaydasını;
• Təzə və əsaslı təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanmasını, tez korlanan və təhlükəli yüklərin daşınması qaydalarını;
• Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını;
• Avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını;
• Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
• Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını;
• Hərəkətin təhlükəsizliyi, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını;
• Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununu

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız