Strateji inkişaf şöbəsinə fəaliyyətlərin izlənilməsi və hesabat vermə mütəxəssisi

Bakı

Azərbaycan Texniki Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Universitetin strateji inkişaf planına uyğun olaraq fəaliyyətlərin nəticələrini müntəzəm olaraq izləmək;
  • Fəaliyyətlərin izlənilməsi ilə əlaqədar məlumatların sistemli şəkildə toplanılmasını və saxlanılmasını təmin etmək;
  • Fəaliyyət göstəricilərinin nəticələrini təhlil etmək və qiymətləndirmək, müvafiq hesabatları hazırlamaq və təqdim etmək;
  • Fəaliyyətlərin izlənilməsi zamanı universitetin strateji inkişaf planının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlamaq;
  • Fəaliyyətlər üzrə məlumatları təhlil edərək qarşıya çıxacaq potensial problemləri proqnozlaşdırmaq və həll yollarını təklif etmək. 

Xüsusi tələblər

  • Ali təhsil (təhsil, biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə və ya müvafiq sahədə);
  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili, rus dili (arzuolunandır);
  • Minimum 1 il iş təcrübəsi (Fəaliyyətlərin izlənilməsi, hesabatların hazırlanması və ya layihə idarəetməsi sahəsində);
  • Məlumat bazalarından istifadə, müxtəlif verilənlərin təhlili, analitik bacarıqlar;
  • İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS office, MS Project, Asana, Trello və s.);
  • Təhsil qanunvericiliyi və normativ hüquqi sənədlər haqqında biliklər;
  • Problem həll etmək və qərar qəbul etmək bacarığı;
  • Komanda ilə iş və liderlik bacarıqları.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, seçim zamanı Azərbaycan Texniki Universitetinin məzunlarına üstünlük verilir.
Müraciət üçün son tarix: 20.04.2025

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 - 2000 AZN

Premium
  • Bakı

  • 600 AZN

Premium
  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız