Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil;
İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası);
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması;
Müəssisələrin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Vergi, hesabatlarının (Mənfəət, ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və Bazar günləri.
Xüsusi tələblər
Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 (iki) il;
Dil biliyi: Rus dili biliyi mütləqdir,ingilis dili arzuolunandır;
Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;