Əməliyyat Texnologiyaları üzrə MES / MOM mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Proqram təminatının hazırlanması metodlarından istifadə etməklə istehsal və əməliyyat tələbatları çərçivəsində məhsulların və/və ya xidmətlərin hazırlanması, tətbiqi və bu sistemlərin davamlılığını təmin etmək;
  • Əməliyyat texnologiyaları sistemində və inteqrasiya proseslərində fəal iştirak etmək, davametmə müddətini izləmək. İnteqrasiya platforması interfeysinə dair tələbləri sənədləşdirmək, əlaqədar interfeysləri istismara təhvil vermək;
  • Məlumatların müvafiq sistemlərdə birləşdirilməsini əks etdirən, istehsal, texniki xidmət, proses, planlaşdırma, SƏTƏM və s. kimi neft emalı zavodunun əsas fəaliyyət sahələrinin istifadəçiləri tərəfindən tələb olunan hesabatları hazırlamaq, texnoloji proses əməliyyatlarını yerinə yetirmək və zəruri hallarda onları yeniləmək. Bu çərçivədə biznes bölümünün tələblərinə uyğun olaraq müvafiq hesabatları tətbiq etmək;
  • İstismar texnologiyalarının biznes təhlili/biznes obyektlərinin vizualizasiyasında maketləri yaratmaq, hazırlamaq və istismara təhvil vermək;
  • Məsuliyyət dairəsi çərçivəsində hazırlanan təkmilləşdirmələr üçün vahid sınaq ssenarilərini yaratmaq, tətbiq etmək və problemsiz istismara təhvil vermək. Standart şəkildə hazırlanan təkmilləşdirmələrə dair istifadəçi qaydalarını yaratmaq;
  • Məsuliyyət dairəsi çərçivəsində tətbiqləri dəstəkləmək və təkmilləşdirməyə dair işləri həyata keçirmək, davametmə müddəti üzrə fəaliyyətləri yerinə yetirmək;
  • Məsuliyyət dairəsi çərçivəsində əlaqədar yeni proqram təminatı layihələrini, təkmilləşdirmələri və əlaqədar inteqrasiya tələblərini həyata keçirmək;
  • Məsuliyyət dairəsi çərçivəsində məlumat bazası sistemləri ilə əlaqədar işləri yerinə yetirmək;
  • Şirkətin siyasətlərinə, missiyasına, korporativ dəyərlərinə, hüquqi və digər tələblərinə, habelə şirkətin etik qaydalarına, siyasətlərinə, proseduralarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun hərəkət etmək; tabeliyindəki vəzifələrdə işləyən personal tərəfindən müvafiq qaydaların, siyasətlərin və digər tələblərin qəbul edilməsini və yayılmasını təmin etmək; Bu məsələlərlə bağlı şirkət daxilində uyğunsuzluqlar olduqda aidiyyəti şöbələrə məlumat vermək
  • Sağlamlıq və əməyin təhlükəsizliyi mədəniyyətinə uyğun davranmaq, sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək və uyğunsuzluq aşkar edildikdə rəhbər vəzifədə olan şəxsə və sağlamlıq və əməyin təhlükəsizliyi üzrə səlahiyyətli işçilərə məlumat vermək;

Xüsusi tələblər

  • Müvafiq sahədə bakalavr və ya magistrdərəcəsi;
  • Əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Web xidmətlərinin inkişafı (REST/SOAP API);
  • OOP dilləri (C#, .NET və ya Java);
  • Skript dilləri (Javascript və ya NodeJS və ya Python);
  • Frontend texnologiyaları (React JS və ya Angular və ya Vue JS və ya Flutter);
  • DBMS (SQL / No-SQL);
  • Hesabat xidmətləri (SSRS və ya Tableau və ya Metabase);
  • DevOps - CI/CD bilikləri;
  • Vizuallaşdırma platformaları (Power BI və ya Dundas BI və ya Google Charts və ya Highcharts);
  • Middleware/Data inteqrasiya bilikləri (Apache Ni-Fi və ya Biztalk);
  • Mikro xidmətlər;
  • SDLC;
  • Proyekt idarəetmə metodologiyaları (Waterfall, Agile-Scrum);
  • JIRA / Confluence bilikləri.


Son müraciət tarixi: 23.04.2025

Oxşar vakansiyalar

  • Ağstafa

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı

  • 500 - 2000 AZN

Premium
  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
Telegram kanalımız