Sənaye ilə əlaqədar aidiyyatı idarəetmə sistemlərini inteqrə etməklə uzun müddətli perspektivdə SDM-də ümumi inteqrə olunmuş idarəetmə sisteminin (İOİS) qurulması üçün bir sıra fəaliyyətləri icra etmək;
İOİS-in proseslərinin avtomatlaşdırılması və effektiv şəkildə sənədləşdirilməsini rəqəmsallaşdırmaq üçün ixtisaslaşmış proqram tətbiqlərinin icrası ilə bağlı fəaliyyətləri icra etmək;
İOİS-in uyğunluğunun, adekvatlığının və effektivliyinin ali rəhbərlik tərəfindən nəzərdən keçirilməsi üçün planlaşdırılmış intervallarda rəhbərlik təhlili (RT) iclaslarının nəticələri ilə bağlı fəaliyyətləri izləmək;
İOİS-in müvafiq standartlara uyğunluğunu, effektiv tətbiqini və saxlanmasını müəyyənləşdirmək üçün daxil auditlərin icrasında dəstək göstərmək;
Daxili audit tapıntılarını əlaqəli heyətə kommunikasiya etmək, tapıntıların statusunu izləmək;
Müəssisədə keyfiyyət üzrə məlumatlılığın təmin olunması üçün maarifləndirmə sessiyalarının təşkilinə dəstək göstərmək;
İOİS üzrə sənədləşdirilmiş informasiyanı adekvat şəkildə nəzərdən keçirərək sənəd sahibinə vaxtında geri dönüş edilməsini təmin etmək.
Xüsusi tələblər
Beynəlxalq standartlar, xüsusən idarəetmə sistemi standartları ilə bağlı baza məlumatlarına malik olması zəruridir.
İngilis dili biliyi - yaxşı səviyyədə olması zəruridir.