Biznes tətbiqləri ilə inteqrasiya üçün modellərin optimallaşdırılması;
Süni İntellekt, maşın öyrənmə kimi data əsaslı qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi ilə bağlı işlərdə iştirak edir;
MLOps yanaşması əsasında maşın öyrənmə həllərinin ümumi istifadəyə verilməsini təmin edir;
Süni intellektin etikası, tətbiqi və bu sahədə yeni axınlarla bağlı tədqiqatlar aparılmasını və innovasiyanın tətbiq olunmasını təşkil edir;
Mərkəzlərdə xidmətlərin təkmilləşdirilməsində və xidmət keyfiyyətinin artırılması üzrə Süni intellekt həllərinin tətbiq edilməsinə dair təkliflər verir və tətbiq edilməsində iştirak edir;
Qurumun proqram təminatı məhsullarında Süni intellekt həllərinin tətbiqi ilə bağlı imkanları araşdırır, təkliflər hazırlayır və icrasında iştirak edir;
Data toplanması, təmizlənib, işarələnməsi üçün təkliflər verir və bu işlərlə bağlı yaradılmış qrupların görüdüyü işin keyfiyyətinə nəzarət edir;
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü : Tam ştat
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Rəqabətli və namizədin səriştəsinə uyğun olaraq
Son müraciət tarixi: 13 mart 2025
Xüsusi tələblər
Ali təhsil (texniki ixtisaslar üzrə olması arzuolunandır);
Modellərin təlimi üçün platformalarla təcrübə (Databricks, SageMaker);
Python proqramlaşdırma dil: maşın öyrənməsi və data analitikasında istifadə olunan əsas alətlər və kitabxanalar (TensorFlow, PyTorch, Scikit-learn kimi);
MLOps alətlərindən istifadə üzrə təcrübə (MLFlow, Docker və s.);
Statistik modelləşdirmə, data təhlili və data vizuallaşdırma (Plotly, Seaborn və s.) bilikləri;
SQL və NoSQL bazalarla işləmə təcrübəsi;
Analitik təhlil, məntiqi mühakimə və problem həll etmək bacarığı;
Tədqiqatların təşkil olunması və həyata keçirilməsi bacarığı;
Nəticələrin təqdim edilməsi, ünsiyyət və komanda ilə işləmə bacarığı;
Azərbaycan və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları,ingilis dili biliyi üstünlükdür