Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
Görüşlərdə qəbul edilmiş əsas qərarları və fəaliyyət maddələrini sənədləşdirmək və izləmək, hesabatlılığı təmin etmək;
Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
Bütün maraqlı tərəflərlə proaktiv ünsiyyət qurmaq, çətinlikləri müəyyənləşdirmək və səmərəliliyi artırmaq üçün tədbirlər görmək;
Sənaye standartlarına, Cəmiyyətin siyasətinə və normativ tələblərə uyğunluğu təmin etmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü : Tam ştat
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Rəqabətli və namizədin səriştəsinə uyğun olaraq
Son müraciət tarixi: 19 mart 2025
Xüsusi tələblər
Mühəndislik, kompüter elmləri və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
İT, Texnologiya və ya infrastruktur layihələrində, o cümlədən müştərilərlə birbaşa iş təcrübəsi daxil olmaqla, ən azı 3 illik layihə idarəetmə təcrübəsi;
Böyük miqyaslı infrastruktur və ya İT modernizasiya layihələrinin idarə olunması təcrübəsi;
Dövlət müqavilələri və normativ mühitlə tanışlıq;
Çoxfunksiyalı komandaları əlaqələndirmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı;
Güclü liderlik, təşkilati və komanda idarəetmə bacarığı;
Problem həll etmə qabiliyyəti və strateji düşünmə bacarığı;
Güclü maraqlı tərəflərlə iş və danışıqlar aparma bacarığı;
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (ingilis dili biliyi üstünlükdür);
Microsoft tətbiqlərində, o cümlədən MS Office və MS Project proqramları ilə işləmə bacarığı;