İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Bakı

"İnnovasiyalar Mərkəzi" MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təhlükəsizlik insidentlərini araşdırmaq, səbəblərini təhlil etmək və onların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək.
  • SIEM və digər təhlükəsizlik monitorinq sistemlərindən istifadə edərək şəbəkə və sistemlərdə baş verən anomaliyaları aşkar etmək və analiz etmək.
  • Malware, phishing və digər kiberhücum cəhdlərini dərin təhlil edərək müvafiq cavab tədbirləri görmək.
  • Təhlükəsizlik siyasətləri və prosedurlarının effektivliyini yoxlamaq, risklərin azaldılması üçün təkliflər vermək.
  • Şəbəkə trafiki, loglar və insident məlumatları əsasında təhlükə indikatorlarını (IoC) təyin etmək və araşdırmaq.
  • Xəbərdarlıqları təsnifləndirmək, eskalasiya prosesini icra etmək və aidiyyəti komandalarla koordinasiya qurmaq.
  • Təhlükəsizlik insidentləri ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • 5 günlük iş qrafiki
  • Əmək haqqı namizədə görə müəyyən ediləcək.

Xüsusi tələblər

  • İnformasiya texnologiyaları, kiber təhlükəsizlik və ya müvafiq sahədə ali təhsil.
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi.
  • SIEM, IDS/IPS, EDR/XDR, Firewall və digər təhlükəsizlik sistemləri ilə işləmək bacarığı.
  • Windows, Linux əməliyyat sistemləri və şəbəkə təhlükəsizliyi üzrə dərin biliklər.
  • Log analizləri aparmaq və insidentlərə cavab vermək üzrə praktiki təcrübə.
  • Şəbəkə protokolları və hücum vektorları haqqında geniş anlayış.
  • Təhlükə kəşfiyyatı (Threat Intelligence) üzrə biliklər üstünlükdür.
  • Analitik düşünmə, problemləri araşdırma və komandada işləmə bacarığı


Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.04.2025-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.  

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 600 AZN

Premium
  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 500 - 2000 AZN

Premium
  • Ağstafa

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız