Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
Smetaların bazar qiymətləri ilə hesablanması;
Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
6 günlük iş rejimi
Həftə içi günlər saat 10:00-dan 18:00-dək
Şənbə günü 10:00-dan 16:00-dək
Xüsusi tələblər
Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+