Beynəlxalq əlaqələr departamentinə mütəxəssis/məsləhətçi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•    Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində beynəlxalq inkişafa dəstək üzrə ixtisaslaşan xarici dövlətlərin müvafiq qurumları ilə aparılan diplomatik danışıqlarda iştirak etmək;
•    Xarici dövlətlərin müvafiq qurumları tərəfindən təklif edilmiş layihələri Agentliyin fəaliyyəti çərçivəsində icra etmək;
•    İcbari tibbi sığorta üzrə beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
•    Xarici tərəfdar qurumlar tərəfindən hazırlanmış arayışların təhlilinin aparılması və təkliflərin hazırlanması;
•    Agentliyin digər struktur bölmələrinin beynəlxalq təşkilatlarla əlaqələrinin koordinasiyasında iştirak etmək.
•    İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
•    İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170;

Xüsusi tələblər

•    Təhsil: Ali təhsil (beynəlxalq əlaqələr və ya regionşünaslıq üzrə);
•    Təcrübə: Beynəlxalq əlaqələr sahəsində ən azı 1-2 illik iş təcrübəsi (vəzifəsən asılı olaraq);
•    Texniki biliklər: Microsoft Office proqram bilikləri;
•    Şəxsi bacarıqlar: Layihələrin idarəolunması, operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
•    Dil bilikləri: Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə rus dili biliyi.


Seçim mərhələləri:
•    Müraciətlərin nəzərdən keçirilməsi
•    Müsahibə
•    Vakansiyaya son müraciət tarixi: 30 aprel 2025;


Qeyd:

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız