Müştərilərə və potensial müştərilərə texniki dəstək göstərmək və onların məmnuniyyətini təmin etmək;
Müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün keyfiyyətlə bağlı şikayətlərə baxılması və problemlərin həll edilməsi;
Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;
Yeni məhsul və xidmətlərin hazırlanması üçün bazar tələblərini araşdırmaq və təkliflər vermək;
Məhsulların keyfiyyət sertifikatlarını və hesabatlarını təmin etmək və müştərilərə təqdim etmək;
Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar);
Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının tələblərinə əsasən uyğunluğunu təmin etmək;
Ödənilməmiş tələblərin aşkar edilməsi və həlli (layihə və spesifikasiyaların öyrənilməsi vasitəsilə);
Yekun həll yolunun işlənib hazırlanmasına dəstək (qarışıqların tərkibinin optimallaşdırılması və ya tərtib edilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi, məhsulun sınaq edilməsi, yerində sınaqların aparılması, yeni məhsul);
Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;
Beton Laboratoriyasının işinin təşkili, müvafiq sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;
Xammal hədəfləri üzrə illik planın tərtib edilməsinə dəstək göstərilməsi;
Məhsulların fəal surətdə reklam edilməsi üçün sement və beton standartları ilə əlaqəli bazarda mövcud olan bütün tələblərin öyrənilməsi (bazardakı meyllərin (standartlar, qaydalar) öyrənilməsi və monitorinqi), məhsul/xidmətlərin sertifikatlaşdırılması üçün təkliflərin (qiymət, üstünlük, fayda) hazırlanması, sertifikatların alınması, texniki məlumatlarla təmin edilməsi;
Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq;
API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Xüsusi tələblər
İqtisadiyyat, Mühəndis İqtisadiyyatı və Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) təhsili;
Əlaqədar sahə üzrə 1 ildən çox iş təcrübəsi;
İngilis dili;
MS Office komputer proqramı üzrə bacarıqlar;
Sement istehsalı, Sementin fiziki və kimyəvi parametrlərinin təhlili, Beton istehsalı və beton keyfiyyətinin təhlil edilməsi sahəsində texniki biliklər;
Sement, beton, doldurucu və kimyəvi qatqılarla bağlı mövcud standartlar (EN, ASTM, GOST və s.) haqqında biliklər.