SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi, Bütünlük meneceri və TNBM tərəfindən müəyyən edilmiş texniki nəzarət tədbirlərini həyata keçirilməsi
Mövcud qaydalar,sənayenin ən yaxşı təcrübələri,beynəlxalq norma və standartlara əsaslanaraq mexaniki bütövlük fəaliyyətinin həyata keçirilməsi
Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək
Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir
İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak edir
Komitə üzvü kimi Risk Əsaslı Nəzarət (RBİ) və Texniki Nəzarət İdarəetmə işçi qruplarında iştirak etmək, rəy və təkliflər vermək və nəticələri həyata keçirmək
Texniki nəzarət prosedurlarını və təlimatlarını hazırlanmasında iştirak edir. Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək
Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək
Nəticələr və tövsiyələr daxil olmaqla, texniki Nəzarət fəaliyyətləri haqqında hesabatların hazırlanması və təsdiq üçün təqdim edilməsi, Müvafiq məlumat və hesabatların Elektron İdarəetmə proqramında qeyd edilməsi və ya təmin edilməsi
Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi
Avadanlıqların pasportlarının tərtib edilməsinə, lazım gəldikdə düzəliş və əlavələrin vaxtlı-vaxtında aparılmasına nəzarət edir
Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir
Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak edir,texniki nəzarət və sınaq məlumatlarını toplayır, (Asset Integrity Management ) Bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar tarixini izləyir və yeniləyir
QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq
Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək
Xüsusi tələblər
Mexanika mühəndisliyi, Metallurgiya mühəndisliyi ixtisas tələbi.
Texniki nəzarət sahəsində minimum 3 il təcrübəyə malik olma tələbi. Neft emal, neft kimya sənayesində təcrübə olması üstünlükdür.
İngilis dilinde sərbəst oxumağı, yazmağı və danışmağı bacarmalıdır. İngilis dili biliyini Təstiq edən İELTS, TOEFL və ya bənzəri beynelxalq sertifikatlar üstünlükdür.
Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür
CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür
APİ 510,570,571,653,572 biri və ya bir neçəsinin olması arzu olunandır.