Sosial inkişaf İdarəsi tərəfindən yeni tikilən obyektlər, eləcə də əsaslı təmir olunacaq obyektlər üzrə işlərin layihəyə müvafiq aparılmasına nəzarəti etməli;
Yeni tikilən, bərpa və əsaslı təmir olunan obyektlərin memarlıq-dizayn tərtibatını verməli;
Layihəçilər tərəfindən təqdim edilən memarlıq-dizayn layihə eskiz sənədlərinin müzakirəsində iştirak edir, müvafiq göstərişlər verir və düzəlişlər edir, eskiz sənədlərini rəhbərliklə razılaşdırmalı.
Işçi layihələrinin tikinti norma və qaydalarının tələblərinə uyğun hazırlanmasında iştirak edir və lazım gələrsə müəyyən dəyişikliklər etməli;
Respublikanın şəhər və qəsəbələrində yeni tikiləcək obyektlərin layihələri tərtib edilərkən şəhərin baş planı, memarlıq həlli və dizaynının mövcud görünüş həlli ilə uyğunluğu təmin etməli;
Obyektlərin fasadlarının və interyerlərinin dizayn tərtibatına, materialların, rənglərin seçilməsinə dair təkliflər verməli;
Layihələndirilmə zamanı hər hansı dəyişiklikləri, düzəlişləri etməli;
Obyektlərin memarlıq eskiz layihələrinin işlənməsini təşkil edir, daha səmərəli, memarlıq və estetik tələblərə cavab verən layihələrin seçilməsini təmin etməli;
Texniki tərəqqinin tələblərinə və təsərrüfat islahatı şərtlərinə uyğun olaraq şöbə işçilərinin ixtisaslarının artırılmasına dair təkliflər verməli;
Şöbənin fəaliyyətini planlaşdırır və onun mühəndis-texniki işçilərə olan tələbatını əsaslandırmalı;
İş şəraitinin, kollektivdə qarşılıqlı münasibətin yaxşılaşdırılması, intizamın möhkəmləndirilməsi, işçilərdə təşəbbüskarlığın və yaradıcılığın inkişaf etdirilməsi, onların maddi və mənəvi həvəsləndirilməsi üzrə tədbirlər işləyib hazırlamalı və onu həyata keçirməli.
Xüsusi tələblər
Azərbaycan Respublikasının qanunlarını və digər normativ-hüquqi aktları, layihələşdirilmiş məhsulların təkmilləşdirilməsi üsullarını;
texniki estetikanı və erqonomikanı;
bədii konstruktorlaşmanın və bədii-qrafika işlərinin metodlarını; qüvvədə olan standartları, texniki şərtləri; konstruktor sənədlərini və texnoloji sənədlərin vahid sistemini;
bədii konstruktorlaşma sənədlərinin tərtibinə, işiənib hazırlanmasına qoyulan tələbləri;
layihə olunmuş konstruksiyalarda tətbiq olunan materialların xassəsini və texniki xüsusiyyətlərini; bədii konstruksiya işində texniki hesabların aparılma üsullarını;
patentləşmə və standartlaşmanın əsaslarını;
tikintinin inkişafına,
layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını;
layihələşdirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində məhəlli və yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
tikinti norma və qaydalarını;
layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
bədii konstruktorlaşma, layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
əməyin, istehsalat və idarəetmənin təşkilini;
əmək qanunvericiliyinin əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.