Baş mütəxəssis / Maliyyə şöbəsi / Hesabatlılıq sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
• Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
• Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq;
• İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
• Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək;
• Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək;
• Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
• Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
• Şirkətdaxili hesabat və sorğuların vaxtında cavablandırılması;
• Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək;
• Şöbənin funksiyasından irəli gələn digər işlərin görülməsində iştirak etmək.

Xüsusi tələblər

• Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə tələb olunur.
• Microsoft Office proqramları üzrə biliklər;
• ACCA və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər;
• Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, Problem həlletmə bacarığı, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.
• Maliyyə və ya Mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
  • Ağstafa

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız