Vergilər üzrə kiçik mütəxəssis

Qaradağ

Norm

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yeri: Seçilən namizəd əsasən şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) işləyəcək, lakin ehtiyac yarandıqda müəyyən vaxtlarda zavod ofisində də (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) işləyə bilər.
  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
  • Gömrük bəyannamələrinin yoxlanması və izlənilməsi
  • Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması
  • Təxirə salınmış vergilərin hesablanması
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Xüsusi tələblər

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
  • Vergilərlə bağlı əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi
  • Microsoft Office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştə
  • SAP biliyi
  • Ana dili biliyi və ingilis dilində peşəsinin tələb etdiyi səviyyədə bilmək
  • Gəlir və zərər hesabı, balans cədvəli, pul vəsaitlərinin hərəkəti, maliyyə qaydaları və qanunları, maliyyə səmərəliliyi göstəriciləri, maliyyə uçotu və əlaqədar sistemlər, eləcə də büdcə qaydaları və konsepsiyaları barədə texniki bilikər
  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik


İmtiyazlar:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 21.04.25

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
  • Ağstafa

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız