SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək;
Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
Torna dəzgahına xidmət göstərilməsi;
Torna dəzgahının təmirində iştirak edilməsi;
Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi;
Kəsici alətlərin itiləyici dəzgahda itilənməsi;
Universal torna dəzgahlarında çoxlu sayda keçidlərin, emal edilməsi və ölçmək üçün çətin əl çatan yerləri olan, kombinasiyalı bərkitməni və müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən xüsusi mürəkkəb eksperimental və bahalı detalların, alətlərin 1-5-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə torna emalı və tamamlanması işlərinin yerinə yetirilməsi;
Bir neçə qovuşan səthləri olan xüsusi mürəkkəb müxtəlif konfiqurasiyalı və xüsusi mürəkkəb profilli məsul çoxgirişli yivləri açmaq;
6-7-ci dəqiqlik dərəcələri üzrə vint profilini bütünlüklə kəsmək;
Yeni yayma valının torna emalı, işlənmişin yenidən yonulması, xüsusi mürəkkəb profilin kalibrlənməsi, o cümlədən birləşdirilmiş plazma-mexaniki emal metodu ilə çətin emal olunan, yüksək legirlənmiş, hərarətə davamlı materiallardan olan detalların və alətlərin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsi;
İş zamanı əmələ gəlmiş metal qırıntılarının çeşidinə görə müvafiq qablara yığılması və dəzgahın silinib təmizlənməsi.
Xüsusi tələblər
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Orta ixtisas təhsilli (Torna sahəsi);
Torna emalatxanasında dinamik,statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli,səmərəli iş və metod tətbiq etməlidir;
İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir;
Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək;
Dəzgahı elektrik şəbəkəsinə qoşmaq, hazırlanacaq detalı dəzgaha bərkitmək;
Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlamaq;
İşə uyğun tərtibatların, kəsici və nəzarət ölçü alətlərini seçmək və kəsici aləti dəzgaha bağlamaq;
Emal olunmuş detalı və ya materialı xidmət sahəsinin ustasına təhvil vermək;
İş tamamlandıqdan sonra dəzgahı söndürümək və gərginlikdən ayırmaq;