Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirmək və onu təmsil etmək, o cümlədən, sektor adından sənədləri imzalamaq, sektora razılaşdırma üçün daxil olan sənədlərə viza vermək;
• Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş tapşırıqların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
• Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
• Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
• Tapşırıqların icrası zamanı zəruriyyət olduqda sektor və şöbə əməkdaşlarına dəstək göstərmək;
• Sektorun əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, əməkdaşların təlim və sertifikasiya tələblərini formalaşdırmaq;
• Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak etmək;
• Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər vermək;
• Sektorun iş planının tərtib edilməsinə və icrasına nəzarət etmək;
• Sektor tərəfindən icra edilən mühim işlərin hesabatını aparmaq;
• Sektor tərəfindən icra edilən layihələrin texniki tapşırığını formalaşdırılmasında iştirak etmək;
• Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin texniki dəstək sahəsinə aid olan layihələrin icrasını təmin etmək;
• İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin Əsasnaməsində qeyd edilən vəzifələri icra etmək;

Xüsusi tələblər

• Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunan);
• Sistem və şəbəkə üzrə biliklər;
• Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
• Müvafiq sahə üzrə Ali təhsil;
• Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Ağstafa

  • 800 - 1200 AZN

Premium
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Ağstafa

  • Razılaşma yolu ilə

Premium
Telegram kanalımız