ITSM inzibatçılığı üzrə mühəndis (junior)

Bakı

Caspian Innovation Center

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Effektiv IT idarəetmə çərçivəsində daxili siyasət və prosedurlara əsasən ITSM və CMDB həllərinin inzibatçılığını (konfiqurasiyası və idarəedilməsi) və gündəlik dəstək xidmətini həyata keçirmək;
  • Problemləri və səhvləri aradan qaldırmaq üçün kök səbəb təhlili aparmaq, sistem işinə nəzarət etmək və gündəlik yeniləmələri tamamlamaqla ITSM və CMDB platformalarına dəstək vermək;
  • ITSM iş axınlarının və hesabatlarının yaradılmasında, dəyişdirilməsində və həllində dəstək vermək;
  • ITSM platforması və digər sistemlər arasında API və məlumat inteqrasiyası prosesini yaratmaq və dəstək göstərmək;
  • Səmərəlilik üçün mövcud IT proseslərini mütəmadi olaraq nəzərdən keçirmək, təkminləşdirmə imkanlarını müəyyən etmək.  Prosesinin ən yaxşı təcrübələri və tendensiyaları, eləcə də ITSM üzrə bilik və təcrübələri tədbiq etmək.

Xüsusi tələblər

  • Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə ali təhsil;
  • Azərbaycan dilin səlis, İngilis dilinin orta-texniki səviyyədə biliyi. Rus dili biliyi üstünlükdür;
  • Hər hansı İTSM və CMDB həlləri barədə ilkin bilik və təcrübə - vacibdir, BMC Remedy/Helix ITSM və BMC Discovery bağlı biliklərin olması üstünlükdür;
  • ITIL sahəsində biliklər üstünlükdür;
  • Hər hansı ITSM həlli üzrə sertifikatın olması üstünlükdür;
  • Müstəqil və komanda daxilində işləmək bacarığı, güclü problem həll etmə, analiz bacarıqları.


Deadline for applications: 05.05.2025

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız